XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 20:06

Türkiyə ŞOKDA: Keçmiş müttəfiqi “soyqırımı” tanıdı

Avstriya parlamenti 1915-ci il hadisələrini “soyqırımı” olaraq tanıyıb.

Strateq.az-ın məlumatına görə, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, parlamentin qərarından dərhal sonra Türkiyənin Avstriyadakı səfiri Mehmet Hasan Göğüş geri çağırılıb.

Türkiyənin Xarici İşlər Nazirliyi Avstriya Parlamentinin qərarını pisləyib. Bununla bağllı rəsmi Ankaranın yaydığı bəyanatda bildirilir ki, Avstriya parlamentinin tarixi faktları görməməzlikdən gələrək Türk xalqını hansısa cinayətdə ittiham etməyə haqqı çatmır. “Türkiyə və Türk xalqı tarixinə atılan bu böhtanı unutmayacaq”, – bəyanatda deyilir.

Qeyd edək ki, Birinci Dünya Müharibəsi ərəfəsində Türkiyə və Avstriya eyni cəbhədə döyüşüblər.

lər.