XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

02 Avqust 2018 - 23:12

“Rusiya onilliklər boyunca Amerikada nifaq yaymaq üçün…” –Milli Kəşfiyyat İdarəsindən xəbərdarlıq

“Rusiya 2018-ci ildə ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri ərəfəsində Amerika cəmiyyətinə təsir göstərmək cəhdlərinə təşəbbüs etməyə davam edir”.

TASS xəbər verir ki, bu haqda ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Kouts jurnalistlərə bildirib.

“2018-ci ildə Konqresə aralıq seçkilərinə Rusiyanın cəlb olunmasına gəlincə, Rusiya bizi zəiflətmək məqsədi ilə hər yerdə təbliğat kampaniyasına davam edir”, – Kouts iddia edib.

Onun sözlərinə görə, Rusiya ABŞ-da daxili siyasi vəziyyətə təsir göstərilməsində maraqlı olan tək ölkə deyil. Milli Kəşfiyyat İdarəsinin rəhbəri əlavə edib ki, hazırda 2016-cı il prezident seçkiləri ərəfəsində olduğu kimi, Rusiyanın ABŞ-dakı siyasi proseslərə genişmiqyaslı müdaxilə cəhdlərini görmür.

“2016-cı ildə gördüyümüz dinamik kampaniyalar Konqresə aralıq seçkilərindən əvvəl yoxdur. Biz bilirik ki, Rusiya onilliklər boyunca Amerikada nifaq yaymaq üçün özünün təbliğat alətlərində istifadə etməyə çalışır”, – Kouts deyib/Publika.az.