XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2016 - 13:19

Putinin axtardığı türkman komandir: “Bu gün burada, sabah Krımda üz-üzə gələcəyik”

alparsanTürkiyə tərəfindən vurulan Rusiya təyyarəsinin pilotunu öldürən Alparslan Çelik ruslara sərt mesajlar verib.

A.Çelik Rusiyaya “atdığınız o bombaların cavabını verəcəksiniz”, – deyə, meydan oxuyub.

Türkman Dağında döyüşən komandir Rusiya telekanallarının onun haqda yaydıqları informasiyalara münasibət bildirib: “Əslində, rusların bu reaksiyası göstərir ki, Türkiyədən Türkman Dağına verilən dəstək onları narahat edir, minlərlə alparslanların onlara imkan verməyəcəklərindən qorxurlar. Rusiya dövlətinə və Suriyada ruslara işləyən yerli killerlərə demək istəyirəm ki, Türkman Dağında və digər yerlərdə öldürdüyünüz məzlumların, atdığınız bombaların cavabını verəcəksiniz. Onu bilin ki, bu gün Türkman Dağında, sabah Suriyanın hansısa bölgəsində, o biri gün Krımda üz-üzə gələcəyik. Siz məndən deyil, ideyalarımdan qorxursunuz. Sizə tarixdən bir nümunə çəkəcəm: 1922-ci il, avqustun 4-ü, Tacikistan, Çeğen vilayəti. Bu tarixin intiqamını inşallah Türkman Dağında alacağıq. Rusların və digər xaçlı güclərin anlamadığı məsələ türkün imanıdır. Türkman varlığını yox etməyi düşünənlərin xəyallarını belə onlara zindan edəcəyik”.

Publika.az