XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Avqust 2018 - 15:43

Erməni girovluğunda olan azərbaycanlıların yeni statistikası açıqlandı –İtkin düşmüş hərbçilərin sayı 3168 nəfərdir

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 1 avqust 2018-ci il tarixinə 3875 nəfərdir.

Dövlət Komissiyasının İşçi qrupundan verilən məlumata görə, rəsmi qeydiyyatından keçən itkin düşmüş şəxslərdən hərbçilərin sayı 3168 nəfər, mülki şəxslərin sayı 707 nəfərdir. Ümumilikdə itkinlərin 3610 nəfərini kişilər,265 nəfərini qadınlar təşkil edir.

İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 67 nəfər, qadınlar 265 nəfər, qocalar 324 nəfərdir.

Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 871 nəfər təşkil edir. Bunlardan 773-ü kişilər, 98-i qadınlardır. (Bizimyol.info)