XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

03 Avqust 2018 - 23:53

“Çinin iqtisadiyyatı, valyutası zəifdir, insanlar ölkəni tərk edir” –Trampın müşavirindən Pekinə xəbərdarlıq

ABŞ prezidenti Donald Tramp ticarət güzəştlərinə nail olmaq üçün Çinə təzyiq göstərməyi davam etdirəcək.

“RİA Novosti” xəbər verir ki, bunu Trampın iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou “Bloomberg”ə müsahibəsində deyib.

“Biz dəfələrlə demişik: heç bir rüsum, heç bir tarif məhdudiyyəti və heç bir subsidiya olmayacaq. Biz ticarət islahatları istəyirik. Lakin Çin bunu etmir. Onların iqtisadiyyatı zəifdir, onların valyutası zəifdir, insanlar ölkəni tərk edir. Prezident Trampın işi sona çatdırmaq üçün göstərdiyi qətiyyətliliyi qiymətləndirməmək olmaz”, – deyə Kudlou “Bloomberg” TV-yə müsahibəsində bildirib/Report.