XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

04 Avqust 2018 - 00:56

Xüsusi İstintaq Xidmətinin rəhbəri:"Koçaryan istintaqa ifadə verməkdən imtina edib"

Ermənistanın konstitusiya quruluşunun devrilməsində ittiham olunan sabiq prezidenti Robert Koçaryan 1 mart 2008-ci ildə keçirilən etiraz aksiyasının dağıdılmasına dair iş üzrə ifadə verməkdən imtina edib.

“RİA Novosti” xəbər verir ki, bunu cümə günü Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan deyib.

“Cənab Koçaryan ifadə verməkdən imtina edib, digər istintaq hərəkətlərində iştirak etməyib və istintaq hərəkətlərinin aparıldığı otağı tərk edib”, – deyə Xaçatryan yerli İctimai televiziyanın efirində bildirib/Report.