XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

05 Avqust 2018 - 13:01

Sui-qəsdə məruz qalan prezident danışdı:"Məni öldürmək istəyənlərin Boqota və Miyami ilə bağlantıları var"

“Sui-qəsd zamanı prezident Nikolas Maduro hədəfə alınıb. 7 əsgər yaralanıb. May ayında seçkini uduzanlar bir daha uğursuz oldular”.

Bunu Venesuelanın rabitə naziri Corc Rodriqez hərbi parad zamanı ölkə prezidenti Nikolas Maduroya qarşı təşkil edilən sui-qəsd haqqında danışarkən deyib.

Prezident Maduro sui-qəsd cəhdindən sonra bəyan edib ki, bu, onu öldürmək cəhdi olub: “Mənə qarşı sui-qəsd cəhdi edildi. Əldə edilən dəlillər sui-qəsdin aşırı sağçılar tərəfindən həyata keçirildiyini göstərir. Sui-qəsd cəhdinin Boqota və Miyami ilə bağlantıları var. Məni öldürmək üçün edilən hücumunun bəzi günahkarları saxlanılıb”.

Qeyd edək ki, paytaxt Cakartada keçirilən hərbi parad zamanı Venesuela prezidenti Maduroya qarşı dron vasitəsilə sui-qəsd cəhdi edilib. Prezident və hökumət üzvləri bu hücum zamanı xəsarət almayıb/Teleqraf.cm.