XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

05 Avqust 2018 - 16:07

Putin Krım bölgəsinə getdi –Ukrayna XİN bəyanat yaydı

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ilhaq edilmiş Krım bölgəsinə gəlib.

Teleqraf.com xəbər verir ki, səfərdə məqsəd Krımda ikinci dəfə keçirilən opera festivalında iştirak etməkdir.

Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Putinin işğal edilmiş bölgəyə bu səfərini qeyri-qanuni adlandırıb. XİN bunu sərhəd rejiminin pozulması kimi qiymətləndirib.

Qeyd edək ki, Putin bundan əvvəl 28-29 iyul tarixlərində Krıma səfər etmişdi.