XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

05 Avqust 2018 - 16:25

BMT gizli sənədi açıqladı:"Kim Çen Trampı aldadıb"

Birləşmiş Millətlər Təşkilatı Şimali Koreya haqqında təəccüb doğruan yeni sənəd yayımlayıb.

Publika.az xəbər verir ki, Təhlükəsizlik Şurasına təqdim edilən sənəddə ABŞ ilə son dövrlərdə müzakirə masasına oturmaq qərarı alaraq “dünyaya qapıları açmaq” siyasəti yeridən Şimali Koreyanın nüvə və raket proqramına son vermədiyi bildirilib.

Həmçinin, Pxençan hökumətinin Yaxın Şərq və Avropada bir çox bölgəyə silah göndərdiyi qeyd edilib. Şimali Koreyanın Suriayada Bəşər Əsəd rejimi ilə hərbi əməkdaşlığı və silah alış-verişi hal-hazırda da davam edir.

Qeyd edək ki, ötən ay ABŞ-ın “Vaşinqton Post” qəzeti də Şimali Koreyanın dağıdılmasına qərar verdiyi nüvə müəssisələrinin yerinə yenilərini inşa etdirdiyi haqqında məlumat vermişdi.