XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

27 Yanvar 2016 - 17:24

Nazirdən kəskin qərar:Bir neçə idarə rəisi işdən çıxarıldı, xeyli vəzifəli şəxs töhmət aldı

heyder-muavinler--ktnBu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən “2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Strateq.az xəbər verir ki, İclasda kollegiya üzvləri, nazirliyin şöbə müdirləri, müvafiq qurumlarının rəhbərləri, Rayon Baytarlıq İdarələrlərinin rəisləri, alimlər və Zona Baytarlıq Laboratoriyalarının mütəxəssisləri iştirak ediblər.

Kollegiyanı giriş sözü ilə açan nazir Heydər Əsədov deyib ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti Azərbaycan Respublikası ərazisində heyvanların müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən, ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən qorunmasını təmin etməklə öz səlahiyyətləri daxilində heyvan mənşəli  məhsulların, xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı, ixracı, istehsalı, emalı, tədarükü, daşınması, saxlanması və satışına baytarlıq sanitariya nəzarətini həyata keçirir.

Müzakirələrdən sonra kollegiyaya yekun vuran nazir Heydər Əsədov bu sahədə movcud nöqsanlardan danışıb, bu sahədə ciddi dönüş yaratmaq məqsədilə tapşırıq və tövsiyələrini verib.

Daha sonra isə kollegiyanın qərarına əsasən işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər Baytarlıq İdarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad olunub, 2 Rayon Baytarlıq İdarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib, 1 Rayon və 1 Şəhər Baytarlıq İdarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar üzərlərinə düşən vəzifələri icra edə bilmədiklərinə görə, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib. 4 rayon, həmçinin Gəncə və Mingəçevir şəhər Baytarlıq İdarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon Baytarlıq İdarəsinin rəisinə töhmət elan edilib.

Strateq.az