Strateq.az xəbər verir ki, son yayılan məlumata görə, M.Hüseynov artıq dəfnə buraxılıb.
O, yas mərasimi bitəndən sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılacaq.
***
Həbsdə olan bloger Mehman Hüseynov anası Firəngiz Hüseynovun dəfninə buraxılacaq.
Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Mehman Hüseynovun bir neçə günlüyə buraxılması ilə bağlı qərar Mətbuat Şurasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyinə müraciətindən sonra qəbul edilib.