Azərbaycan Prezidentinin Sərəncamı ilə Vaqif Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.
Prezident İlham Əliyevin digər sərəncamları ilə Elxan Qəhrəmanov
Azərbaycanın Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri, Tural Rzayev isə Azərbaycanın Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.