XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 00:26

Moskvadan “boykot” açıqlaması: “Ankaraya nə aidiyyəti var?”

mihayil-bogdanov-customRusiya Xarici İşlər Nazirliyi Türkiyənin Cenevrədə keçiriləcək Suriya sammitini «boykot» etməsinə münasibət bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Xarici İşlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, Türkiyənin qərarına heç bir məna verə bilmirlər. Çünki Ankara bu toplantıya onsuz da, dəvət olunmayıb: «Başa düşə bilmirəm. Moskva, Vaşinqton və Ər-Riyad kimi, Ankara da bu müzakirələrə dəvət olunmayıb. Dolayısıyla, məsələnin Ankaraya aidiyyəti yoxdur. Bu, Suriya ilə bağlı toplantıdır. Ora kimin dəvət edilib-edilməməsinə suriyalılar özləri qərar verməlidir. Hazırlıq işlərinə isə BMT-nin Suriya üzrə xüsusi məruzəçisi Staffan Mistura cavabdehdir. Tədbirdə müxalifətdən olan heyəti müəyyənləşdirmək nə Ankaranın, nə də Rusiyanın işidir. Bu məsələni də cənab Mistura özü həll edəcək».

Xatırladaq ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu  kürdlərin Demokratik Birlik Partiyasının (PYD) tədbirə qatılacağı təqdirdə, Ankaranın həmin danışıqlarda iştirak etməyəcəyini bildirib.

Demokratik Birlik Partiyası İŞİD-ə qarşı mübarizədə ABŞ-dan hərbi dəstək alır. Türkiyə isə bəyan edir ki, İŞİD-ə qarşı mübarizə aparsa da, söhbət, PKK-nın bir qolu olan təşkilatdan gedir və Ankara terrorçularla bir masada oturmaq fikrində deyil.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə bəyan edib ki, kürdlərin iştirakı olmadan Suriya danışıqları heç bir nəticə verməyəcək.