XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

08 Avqust 2018 - 15:11

Almaniya XİN:"ABŞ-ın sanksiyaları İranda xaos yarada bilər"

ABŞ sanksiyaları İranda radikal qüvvələrin ayağa qalxmasına səbəb ola və nəticədə ölkədə xaos yarada bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib.

“İranın təcrid olunması radikal və fundamentalist qüvvələrə stimul verə bilər. Artıq İraq və Liviyada yaşadığımız xoas İranda da yaşanarsa, bu, onsuz da sakit olmayan bölgəni daha da qeyri-sabit hala gətirə bilər”, – H.Maas deyib.

Onun sözlərinə görə, rejim dəyişikliyinə ümid edənlərin hər biri atılan addımların daha böyük problemlər yarada biləcəyini unutmamalıdır.