XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 Avqust 2018 - 17:11

“Bakıda hazırlanan inqilab barədə İlham Əliyevi xəbərdar etdim” –Moldovanın sabiq prezidentindən sensasiyalı açıqlama

“2009-cu ilin aprel ayının 7-də Kişinyovda 2014-cü ilin Kiyev Maydanının baş məşqi keçirildi. Bu məşqin müəllifi və rejissoru Latviya mənşəli ABŞ vətəndaşı Aleks Qriqoryevsdir. O, Miloşeviçə qarşı Yuqoslaviyanın dağılmasına gətirib çıxarmış inqilabın müəllifidir”, – Moldovanın eks-prezidenti, kommunist partiyasının hazırkı lideri Vladimir Voronin yerli mətbuata bildirib.

Moldova KİV-lərinin yaydığı xəbərə görə, eks-prezident deyib ki, Aleks Qriqoryevs Bakıda peyda olduqdan sonra o, Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanda hazırlanan inqilab barədə xəbərdar edib: “O, Soros fondundandır, Amerika demokratiya institutunu təmsil edir. Bunlar “narıncı inqilablar”ı təşkil edənlərdir”. (virtualaz.org)