XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

08 Avqust 2018 - 17:19

Spiker və 46 deputatın Koçaryanla bağlı xahişi rədd edildi –Keçmiş prezident həbsdə qalacaq

Ermənistan Baş prokurorluğu bir qrup Ermənistan millət vəkillərinin eks-prezident Robert Koçaryanın həbs qətimkan tədbirini dəyişmək haqqında zaminliyini qəbul etməyib.

Strateq.az “BBC Azərbaycanca”-ya istinadən xəbər verir ki, iyulun 27-də həbs olunmuş Robert Koçaryan həbsdə qalıb.

“İbtidai istintaqın hazırkı mərhələsində Baş Prokurorluq Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin dəyişməsini məqsədəuyğun bilmir, çünki digər qətimkan tədbiri şəraitində maneəsiz araşdırma təmin etmək mümkün deyil”, – prokurorluğun bəyanatında deyilir.

Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs tədbirini dəyişmək haqqında Baş Prokurorluğa zəmanəti Ermənistan Milli Məclisinin 46 üzvü, o cümlədən, parlament sədri və onun üç müavinlərindən ikisi imzalayıb. Onların 42-si Serj Sarkisyanın rəhbərlik etdiyi keçmiş hakim Ermənistan Respublikaçılar Partiyasının, üçü Daşnaksutyun və bir nəfəri “Tsarukyan” parlament fraksiyalarının təmsilçiləridir.

Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin dəyişməsinə dair onun vəkilləri tərəfindən Apellyasiya Məhkəməsinə təqdim edilən vəsatətə avqustun 9-da baxılacaq.

Robert Koçaryan “1 mart 2008-ci il” cinayət işi üzrə “konstitusiya quruluşunu dəyişmək, güclə hakimiyyəti ələ keçirməkdə” ittiham olunur.

Bu ittihama görə 15 ilədək həbs cəzası nəzərdə tutulur.

2008-ci il martın 1-i və 2-də qüvvələrinin 19 fevral prezident seçkilərinin “nəticələrinin saxtalaşdırılması sayəsində” Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı həlak olmuş, 200-dən çox insan xəsarət almışdı.