XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 06:23

Londonda akademik Ramiz Mehdiyevin kitabının TƏQDİMATI olub

Ramiz.jpg

Londonda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının ingilis dilində nəşrinin təqdimatı olub.

Strateq.az-ın “AzərTAC”a istinadən verdiyi məlumata görə, tədbirdə yerli və xarici elm adamları, ictimaiyyət nümayəndələri, diplomatik korpusun təmsilçiləri o cümlədən Rusiyanın Böyük Britaniyadakı səfiri Yakovenko Aleksandır Vladimiroviç iştirak edib.

Britaniyada fəaliyyət göstərən beynəlxalq hüquq təşkilatının həmsədri Kamran Balayev tədbir haqqında məlumat verib, kitabın elmi və siyasi əhəmiyyətindən danışıb.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə kitab haqqında geniş məlumat verib. Bildirib ki, əsərdə Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri araşdırılıb.

Nəşrin elmi dəyərinin böyük olduğunu diqqətə çatdıran səfir, kitabın maarifləndirici məlumat kimi Qafqaz bölgəsində baş verən hadisələr, ölkələrin bir birləri ilə münasibətləri və doğma torpaqlarımıza qarşı edilən təcavüz haqqında maraqlı faktları əhatə etdiyini bildirib. Kitabın həmçinin tədris əhəmiyyətindən bəhs edən diplomat qeyd edib ki, uzun illərdir davam edən bir ədalətsizlik var və münaqişənin tezliklə həllini tapması bölgə üçün vacibdir. Danışıqlar prosesi, problemin həlli yolları və bunların gələcək nəsillərə çatdırılması üçün münaqişə ilə bağlı tədris davam etdirilməlidir.

Kitabın müəllifi akademik Ramiz Mehdiyev haqqında məlumat verən T.Tağızadə onun həm siyasətçi, həm də elm adamı olduğunu diqqətə çatdıraraq kitabda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm siyasi, həm də elmi nöqteyi-nəzərdən ətraflı təhlillər aparıldığını vurğulayıb. Qeyd olunub ki, müəllif çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi və xalqımıza məxsus olması barədə tarixi həqiqəti oxuculara çatdırıb.