Türkiyə ordusu PKK-ya qarşı əməliyyatı davam etdirir.
Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu gün türk qırıcıları İraqın Qandil bölgəsində terror hədəflərini məhv edib.
Bununla yanaşı, Türkiyənin Hakkari bölgəsindəki dağlıq ərazidə bir neçə terror sığıncağına zərbə endirilib. Nəticədə 2 terrorçu zərərsizləşdirilib.
Məlumata görə, bu gün Şirnak bölgəsində isə 4 terrorçu türk ordusuna təslim olub: “Onlardan ikisi qadındır. Birinin 18 yaşı belə tamam olmayıb”.