XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 14:05

Avropa Məhkəməsi Yanukoviçin məmurlarınısanksiyalardan azad etdi

1748917Avropa Məhkəməsi Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun, onun oğlu Alekseyin, həmçinin keçmiş prezident Viktor Yanukoviçin daha iki məmurunun – Sergey Arbuzov və Eduard Stavitskinin sanksiyalardan azad edilməsi barədə qərar qəbul edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə bu şəxslərin Avropa Birliyinin sanksiyalarına cəlb edilməsinin doğru olmadığını müəyyən edib.

Strasburq Məhkəməsi onların Avropadakı dondurulmuş hesablarının açılmasına da qərar verib. Qarşı tərəf məhkəmənin qərarından şikayət verə bilər. Şikayət təmin edilməsə, məhkəmənin qərarı icraya yönəldiləcək.

Xatırladaq ki, ötən ilin martında Avropa Birliyi Ukraynanın bir qrup keçmiş məmurunu dövlət vəsaitini mənimsəməkdə ittiham edərək onlara qarşı sanksiya tətbiq etmişdi. Siyahıda keçmiş prezident Viktor Yanukoviç, Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Klyuev və daha 16 məmur var idi.