XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

10 Avqust 2018 - 17:19

Kreml bəyanat yaydı –Avqustun 12-də Xəzər konvensiyası imzalanacaq

Kreml bildirir ki, 20 ildən artıq bir müddətdə davam edən danışıqlardan sonra beş xəzəryanı ölkə başçısı dənizin hüquqi statusuna dair konvensiya imzalayacaq. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzər sammiti keçiriləcək.

Strateq.az xəbər verir ki, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin qatıldığı sammitin əsas hadisəsi imzalama mərasimi olacaq. Avqustun 10-da Kremlin vebsaytında yerləşdirilmiş bəyanatda deyilir.

Kreml bəyanatında ölkələrin statusla bağlı razılaşma üzrə 1996-cı ildən çalışdığını vurğulayır.