XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

11 Avqust 2018 - 11:48

Türkiyə:"ABŞ-ın gömrük rüsumunu artırması Dünya Ticarət Təşkilatının qərarlarına ziddir"

ABŞ administrasiyasının Türkiyədən ixrac olunan alüminium və polad məhsullarına tətbiq olunan gömrük rüsumunu artırmaq barədə qərarı qardaş ölkənin kəskin etirazı ilə qarşılanıb.

Azərtac rəsmi informasiya mənbələrinə istinadla xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi məsələyə münasibətdə ABŞ-ın bu qərarının Dünya Ticarət Təşkilatının qarşılıqlı ticarət barədə qərarlarına zidd olduğunu bildirib.

Ticarət Nazirliyinin məlumatına görə, Türkiyə 2017-ci ildə ABŞ-a 1,1 milyard dollar dəyərində dəmir, alüminium və polad məhsulları ixrac edib. Ötən il eyni tərkibli məhsulların ixracının həcmi 1,3 milyard dollar dəyərində olub.