XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

12 Avqust 2018 - 09:52

Bu gün tarixi Xəzər sammiti keçiriləcək –Beş ölkənin liderləri Qazaxıstana toplaşıb

Bu gün Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı ölkənin dövlət başçılarının sammiti keçiriləcək.

Strateq.az “Report”-a istinadən xəbər verir ki, sayca V sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, İran lideri Həsən Ruhani, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan lideri Qurbanqulı Berdıməhəmmədov iştirak edəcək.

Görüşün yekununda 1996-cı ildən üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanacağı gözlənilir.