XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

12 Avqust 2018 - 11:14

Britaniyada növbəti terror hücumu –Mançesterdə atışma, 10 yaralı var

Böyük Britaniyanın Mançester şəhərində atışma baş verib.

“Report” xəbər verir ki, yerli polisin məlumatına görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

“Sky”ın məlumatına görə, hadisə avqustun 12-nə keçən gecə Moss-Sayd rayonunda qeydə alınıb. Hadisədən bir neçə saat əvvəl ərazidə karnaval keçirilib, ona görə orada çoxlu adam olub.

Yaralıların hansı vəziyyətdə olduğu hələ ki, məlum deyil. Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları işləyirlər.