XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

12 Avqust 2018 - 13:01

Aktauda Xəzər sammiti başladı –20 illik müzakirələrin sonu gəldi

Qazaxıstanın Aktu şəhərində 5 Xəzəryanı ölkə liderlərinin sammiti başlayıb. Sammitdə Azərbaycan,Qazaxıstan,Rusiya, Türkmənistan və İran prezidentləri iştirak edir.

Sammitin sonunda Xəzərin yekun statusi ilə bağlı sənəd imzalanacağı gözlənir.

Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanovun sözlərinə görə, 5 xəzəryanı dövlət ölkələrin suverenliyi, naviqasiya, sualtı boru kəmərləri və digər əsas məsələlər üzrə konsolidasiya edilmiş bir yanaşma əldə ediblər.

​Yekun sənəd ərazi suları, dəniz sərhədləri, naviqasiya qaydaları, balıq ovu hüquqları, ekologiya məsələləri və ən mühümü, dənizin sərvətlərindən istifadənin tənzimlənməsini nəzərdə tutur.

Xatırladaq ki, Xəzərin hüquqi statusu ilə bağlı 5 ölkə-Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan arasında danışıqlar gedir.Danışıqlar 20 il bundan öncə başlamışdı.