XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

13 Avqust 2018 - 15:12

Avropa Şurasının baş katibi:"İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayırıq"

Avropa Şurasının baş katibi Torbyorn Yaqland REAL Partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb.

“Report” xəbər verir ki, bu barədə Avropa Şurası baş katibinin bəyanatında bildirilib.

“Azərbaycanda Şəki Apellyasiya Məhkəməsinin beş ildən çox həbsdə olan İlqar Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul etməsini alqışlamaq lazımdır”, – T.Yaqlandın bəyanatında deyilir.

Qeyd edək ki, bu gün Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə REAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Prosesdə İ.Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul edilib. Qərara əsasən, onun cəzasının çəkilməmiş hissəsi şərti cəza ilə əvəz edilib.