XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

13 Avqust 2018 - 15:33

Şimali və Cənubi Koreya liderləri yenidən görüşəcəklər- Bu tarixdə

Koreya Respublikasının Prezidenti Mun Ce-in və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In sentyabrda Pxenyanda görüşəcəklər.

Azərtac xəbər verir ki, bu barədə razılıq iki ölkənin yüksəkvəzifəli şəxslərindən ibarət nümayəndə heyətlərinin demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsində keçirilən görüşündə əldə olunub. Hələlik görüşün dəqiq tarixi məlum deyil.

Qeyd edək ki, bu, Cənubi Koreya Prezidenti Mun Ce-in və Şimali Koreya lideri Kim Çen In arasında cari ildə baş tutan üçüncü görüş olacaq.