XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

13 Avqust 2018 - 17:51

Koçaryanın həbsi qeyri-qanunidir? –Məhkəmədən gözlənilməz qərar

Ermənistan Apellyasiya Məhkəməsi ölkənin keçmiş prezidenti Robert Koçaryanın həbsinin qeyri-qanuni olduğunu dair qərar çıxarıb.

Bu barədə “Report” Ermənistan KİV-inə istinadən xəbər verir. Qeyd edək ki, sabiq prezidentin vəkilləri həbsin qanunsuzluğuna dair şikayət ərizəsini avqustun 10-da veriblər.

Xatırladaq ki, bu ilin iyulun 26-da Xüsusi İstintaq Xidməti 2008-ci il martın 1-də etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində R.Koçaryana qarşı Konstitusiya quruluşunun devirilməsi ittihamını irəli sürüb. Bundan bir gün sonra o, iki ay müddətinə həbs olunub.