XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

14 Avqust 2018 - 12:22

Binəli Yıldırımdan ABŞ-a və xalqa mesaj:"Öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur"

Türkiyə parlamentinin sədri Binəli Yıldırım ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyalara münasibət bildirib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, spiker ABŞ-ın sanksiyasından sonra ölkə iqtisadiyyatında baş verən dalğalanmadan narahat olmadıqlarını deyib: “Xalqımız Türkiyəyə qarşı oyunu görür. Ancaq bilsinlər ki, öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur. Bu böhrandan uğurla çıxacağıq”.

Xatırladaq ki, ABŞ-ın sanksiyasından sonra dollar ölkədə sürətlə bahalaşıb. Belə ki, sanksiyaya qədər dollara nisbətdə 4.84 civarında olan lirə hazırda 6.70 həddindədir.