XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

14 Avqust 2018 - 21:55

Rəsmi Afinadan Türkiyənin qərarına reaksiya:"Bu addım bölgədə sabitliyə böyük dəstək olacaq"

Türkiyənin iki yunan əsgərini azadlığa buraxması rəsmi Afina tərəfindən alqışlanıb.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, Yunanıstanın baş naziri Alekis Çipras bununla bağlı xüsusi açıqlama yayıb.

O, azad edilən iki əsgəri salamlayaraq, Türkiyənin bu addımının bölgədə sabitliyə böyük dəstək olacağını deyib:

“Yunan əsgərlərinin sərbəst buraxılması bölgədə dostluq, yaxşı qonşuluq və sabitliyin güclənməsinə dəstək olacaq bir addımdir”.

Xatırladaq ki, bu gün  Türkiyə bu ilin mart ayında sərhədini qanunsuz keçən iki yunan əsgərini azad edib.