XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

15 Avqust 2018 - 15:25

Ərdoğanın mətbuat katibi:"ABŞ Türkiyəni bir rahibə dəyişdi"

“Bir rahibə görə ABŞ Türkiyə kimi ölkə ilə münasibətləri tam ayrılma nöqtəsinə gətirib”. Bunu jurnalistlərə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“Onlar bizim PKK-ya münasibətimizi gözəl anlayırlar və nəsə etməyə söz verirlər, lakin əslində bizi qane edən tərzdə fəaliyyət göstərmirlər. FETÖ ilə də problem həll olunmur, bu təşkilatın rəhbəri hələ də ABŞ-dadır, orada onun məktəbləri işləyir, fəaliyyəti davam edir”, – Kalın bildirib.

O əlavə edib ki, bu “yalnız emosional aspekt deyil, söhbət bizim milli təhlükəsizliyimizdən gedir”, bununla belə Ankara Amerika tərəfi ilə razılığa gəlmək cəhdlərindən əl çəkmir.

“Biz amerikalı həmkarlarımızla danışıqları davam etdiririk – prezident də, səfirimiz də, mən də. Orada göstərməyə çalışırlar ki, guya məhz Türkiyə məsələyə qeyri-konstruktiv yanaşır, lakin bu təbliğatdır. Biz bütün məsələləri danışıqlar yolu ilə həll etməyə hazırıq”, – türkiyə prezidentinin mətbuat katibi deyib.