XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

15 Avqust 2018 - 16:19

“Türkiyədə iqtisadi vəziyyət dünəndən düzəlməyə başlayıb” –Ərdoğanın sözçüsü

“Türkiyədə iqtisadi vəziyyət dünəndən düzəlməyə başlayıb”.

Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, bu, aidiyyəti dövlət qurumlarının atdığı addımların nəticəsidir.

İ.Kalın deyib ki, Türkiyədə işsizlik səviyyəsinin 10%-dən aşağı salınmasına nail olunub və bu, ölkə iqtisadiyyatında müsbət dinamikanı göstərir.

“Hökumət milli iqtisadiyyatdakı son prosesləri Türkiyənin xeyrinə həll niyyətindədir və bu addımlar nəticələr verməyə başlayıb”, – deyə İ.Kalın qeyd edib/Report.