XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 09:43

Novruz Məmmədov KTN-nin kollegiyasının yeni tərkibini təsdiqlədi –SİYAHI

Baş nazir Novruz Məmmədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiq edib.

Strateq.az bildirir ki, Baş nazirin imzaladığı qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı 15 (on beş) nəfərdən ibarət müəyyənləşdirilib:

Kollegiyanın sədri:

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının hüquq şöbəsinin müdiri.