XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 16:15

“I qrup üzrə 1693, II qrup üzrə 2611, III qrup üzrə 248, IV qrup üzrə 122, V qrup üzrə isə 400 yer boş qalıb” –Məleykə Abbaszadə

“I mərhələ üçün təqdim olunan 45 021 plan yerindən 39 947-si (88,73 faiz) dolub. Cəmi 5074, yəni 11 faiz yer boş qalıb”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qruplar üzrə böldükdə I qrup üzrə 1693, II qrup üzrə 2611, III qrup üzrə 248, IV qrup üzrə 122, V qrup üzrə isə 400 yer boş qalıb: “Vakant yerlərin 3255-i dövlət, özəldə isə 1819 yer qalıb”.

M.Abbaszadə qeyd edib ki, bütün aparıcı ali məktəblərdə yerlər, demək olar ki, dolub: “Əsas rus bölməsində boş yerlər qalıb. I qrup üzrə 540 baldan yuxarı nəticə göstərən abituriyentlərdən kimsə kənarda qalmayıb. Öz seçimini edib və ali məktəbə qəbul olub. II qrupa imtahan verən 490 baldan yuxarı nəticə göstərən abituriyentlərdən kimsə kənarda qalmayıb. III qrupda 550 baldan yuxarı nəticə göstərən abituriyentlərdən kimsə kənarda qalmayıb. IV qrup üzrə 610-da yuxarı nəticə göstərən hər kəs seçdikləri ixtisaslara qəbul olublar”.

Report