XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 17:55

Putin Paşinyanla hansı mövzularda müzakirə aparıb? –Kreml açıqladı

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“İnterfaks” xəbər verir ki, bu barədə Kremlin məlumatında deyilir.

“İkitərəfli gündəliyin bəzi aktual məsələləri, eləcə də ümumi inteqrasiya birliklərində, o cümlədən KTMT çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib”, – Kremldən bildiriblər.

Qeyd edək ki, danışıqlar Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub/Report.