XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 21:27

Kılıçdaroğlu erkən qurultay müzakirəsinə son verdi:"Muharrem İncənin gözləntisi nədir, bilmirəm..."

CHP lideri Kamal Kılıçdaroğlu partiyasındakı erkən qurultay müzakirələrinə son verən bəyanat verib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, CHP lideri artıq əsas diqqətin qarşıdan gələn bələdiyyə seçkilərinə yönəltməyin vacibliyini deyib: “Belə bir ərəfədə növbədənkənar qurultay tələbi doğru deyil. Muharrem İncənin gözləntisi nədir, bilmirəm. Ancaq mən istəyirəm ki, partiyamız bələdiyyə seçkilərində bütün şəhərləri, əsas da İstanbulu qazansın. Əminəm ki, bu dəfə İstanbul birmənalı şəkildə bizim olacaq”.

CHP sədri deyib ki, bələdiyyə seçkilərində digər partiya üzvləri necə çalışacaqsa, prezidentliyə keçmiş namizəd, hazırda isə partiyadakı müxalif qanada liderlik edən Muharrem İncə də elə işləyəcək:

“O, başqa bir partiyanın üzvü deyil, CHP-lidir. CHP üçün də mübarizə aparacaq. Bəli, Müharrem bəy bir CHP-li olaraq, bütün bələdiyyələrdə partiyamızın qazanması üçün digərləri kimi çalışacaq.

O ki qaldı Muharrem İncənin gələcəyinə, o barədə mənim təkbaşına qərar verməyim doğru deyil. Əvvəl onun gözləntilərini öyrənməyim lazımdır. Buna uyğun da oturub, qərar verəcəyik”.

Strateq.az