XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

17 Avqust 2018 - 18:49

“Azərbaycan ordusu heç bir əməliyyat keçirməyib” –Müdafiə Nazirliyi açıqlama yaydı

Bu gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun bölmələrinin 15 nəfərlik dəstə ilə təmas xəttinin şimal istiqamətində (Ağdərə-Tərtər) “diversiya həmləsinə” cəhd etdiyi, ancaq erməni bölmələri tərəfindən aşkarlanaraq geri oturdulduğu haqda məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bu barədə açıqlama yayıb. Strateq.az saytı bəyanatı təqdim edir:

“Düşmən tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, onun növbəti yalanı və təxribatıdır. Erməni kütləvi informasiya vasitələrində yayılan bu məlumat Ermənistan ordusunun çökməsindən və öz cəmiyyətində hökm sürən deqradasiyadan diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil.

Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir”.