XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

19 Avqust 2018 - 17:25

İranın xarici işlər naziri MKİ-nin məşhur “AYAKS” planını xatırlatdı:“ABŞ İranda dövlət çevrilişi hazırlayır”

  

ABŞ 1953-cü ildə olduğu kimi ölkədə hakimiyyəti devirmək üçün İran üzrə “hərəkət qrupu” yaradıb.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Düz 65 il əvvəl ABŞ xalq tərəfindən seçilmiş demokratik [Məhəmməd] Mosaddıq hökumətini devirərək növbəti 25 il müddətinə diktatorluğu bərpa etdi və iranlıları kölə halına saldı. İndi İran üzrə “hərəkət qrupu” təzyiq, yalan məlumat və demaqoqluq yolu ilə eyni şeyi etmək arzusundadır. Bu, bir daha olan deyil”, – deyə nazir öz “Twitter” səhifəsində yazıb/Report.