XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

20 Avqust 2018 - 09:53

ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutuldu –Naməlum adamlar diplomatik korpusu gülləbaran edib

Naməlum şəxslər ABŞ-ın Türkiyədəki səfirliyinin binasını atəşə tutublar.

RİA Novosti agentliyi bildirir ki, bu gün səhər saatlarında baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.

Hələlik kimliyi məlum olmayan silahlı şəxslər səfirliyin binasına atəş açıblar. Hadisə yerində 5-6 dəfə silah səsi eşidilib. Cinayətkarlar dərhal hadisə yerini tərk ediblər.

Polis silahlı şəxslərin axtarışına başlayıb.