“ABŞ səfirlyinə edilən hücum xaos yaratmaq cəhdidir”.
Axar.az xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat xidmətinin sözçüsü İbrahim Qalın ABŞ-ın Ankaradakı səfirliyinə edilən hücumla bağlı danışarkən deyib.
“ABŞ səfirliyinə edilən hücumu pisləyirik. Türkiyə təhlükəsiz ölkədir və bütün xarici qurumlar qanunla mühafizə olunur. Hazırda hadisə araşdırılır, qısa müddətdə aydınlaşdırılacaq”, – deyə o bildirib.
Qeyd edək ki, naməlum şəxslər bu gün səhər saatlarında ABŞ-ın Ankaradakı səfirliyinə avtomobildən atəş açıblar.