XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 13:02

“Bir nazirin, deputatın kafedra müdiri olması düzgün deyil” – Zahid Oruc
zahid orucMillət vəkili Zahid Oruc parlamentin yaz sessiyasının ilk iclasında xalqı yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin səsləndirdiyi fikirlərə münasibət bildirib.

Deputat qeyd edib ki, Ç.Abdullayev özü dörd vəzifəni daşıyır:

“Çingiz Abdullayev elə qələm adamlarındandır ki, öz yazıları ilə daim yaxşı yaşaya bilər. Mətbuata bildirib ki, “əgər dörd uşaq atasını ixtisardan qoruya bilmirəmsə, mən necə adamam?. 

Onun narahatlığını başa düşürəm. Amma onun açıqlaması özünə də aiddir. Çünki özü dörd vəzifə daşıyır. Həmçinin, bir nazirin kafedra müdiri olması da düzgün deyil. Bu millət vəkillərinə də aiddir. Qoy Milli Məclis üzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, bununla ən azı 1000 boş vəzifə yeri yaranmış olar”. Moderator.az

Qeyd edək ki, Çingiz Abdullayev sosial şəbəkələrdə ixtisarlara belə münasibət bildirmişdi:
“İxtisara salınmalı şəxslər arasında böyük ailə başçısı da var idi. İxtisara salındığını bildikdə, ağladı. Bunu yazdığım üçün məni bağışlasın. Amma onun əmrini imzalaya bilmədim. Sadəcə, bacarmadım. Görünür, yarıtmaz rəhbərəm. Əmri imzalamadım, imzalamayacağam da. Hətta heç də düzgün etmədiyimi başa düşsəm belə. Öz əməkdaşlarını ixtisara salanları ittiham etmirəm. Çox vaxt onların başqa çıxış yolu olmur. Amma mən bacarmıram.
4 uşaq atasını müdafiə edə bilmirəmsə, kimə lazımdır mənim kitablarım? Başqa insanı başa düşə bilmirsinizsə, kimə lazımdır ləyaqət və xeyirxahlıq çağırışları?”.