XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

20 Avqust 2018 - 16:04

Binəqədidə dayanacaq və səki zəbt olundu, ərazi kimə satılıb? –Rəsmi etiraz + FOTOLAR

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Binəqədi rayonu Rəsulzadə qəsəbəsində piyada keçidinin və dayanacağının zəbt olunması ilə bağlı açıqlama yayıb.

Strateq.az xəbər verir ki, Mais Ağayev faktla bağlı fotolar da paylaşaraq, 2017-ci ilin sonlarına qədər həmin ərazidə dayanacaq məntəqəsinin mövcud olduğunu bildirib: “Lakin sonradan ərazi hasara alındı və yerində 3 mərtəbəli obyekt tikildi. Tikinti zamanı piyada səkisi də zəbt edildi. Məntiqi nəticə isə göz qabağındadır. İstər oradan keçən piyadalar, istərsə də avtobuslara minib-düşən sərnişinlər yolun hərəkət hissəsinə çıxırlar. Artıq fəaliyyətdə olan obyektə gələnlər nəqliyyat vasitələrini burada qanunsuz park edirlər, bu isə onsuz da təhlükəli olan vəziyyəti daha da ağırlaşdırır”.

Ərazidə əvvəlki vəziyyət:

SONRAKI VƏZİYYƏT: