XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Avqust 2018 - 10:25

Əfqanıstanda gərginlik artır –Prezidentin çıxışı zamanı Kabil raket atəşinə tutuldu

Əfqanıstan prezidenti Əşrəf Qəninin Qurban bayramı münasibətilə çıxışı zamanı paytaxt Kabil raket atəşinə tutulub.

TASS xəbər verir ki, bu barədə “TOLO news” telekanalı məlumat yayıb.

Hücum yerli vaxtla saat 09:00-da baş verib və hədəf prezident sarayı olub.

“Zorakılığı davam etdirən qruplar var. Amma onlar raketlərlə Əfqanıstanın inkişafını dayandıra bilməzlər”, – deyə Ə.Qəni bildirib.

Raketlərin paytaxtın hansı hissələrinə düşdüyü və dəyən ziyanla bağlı əlavə məlumat verilməyib.

Terror qruplaşmalarından heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib/Report.