XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

21 Avqust 2018 - 14:07

Tramp Melaniyanı girov saxlayır –Sabiq məsləhətçidən iddia

Ağ Evin sabiq məsləhətçisi Omarosa Maniqal Nyuman ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniyanın boşanmaması üçün onu vətəndaşlıqdan məhrum olunacağı ilə təhdid edərək girov saxladığını iddia edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Nyuman Trampla bağlı yazdığı “Unhinged” ( “Əsəbi”) kitabında 1996-cı ildə istedadlı insanlara verilən “Eynşteyn” (EB-1) vizası ilə ABŞ-da yaşayan sloveniyalı immiqrant Melaniyanın viza almasında Trampın rol oynadığını qeyd edib.

Onun sözlərinə görə, 1998-ci ildə Donald Trampla tanış olan Melaniya 2006-cı ildə münasibətlərini rəsmiləşdirdikdən sonra ABŞ vətəndaşlığını alıb.

Omarosa Maniqal Nyumanın fikrincə, birinci xanım Trampdan boşanarsa, həyat yoldaşının vətəndaşlıqdan məhrum edilməsi üçün viza alınarkən qanunsuzluğa yol verildiyini etiraf etməli olacaq.

Xatırladaq ki, tez-tez mediada Melaniya Trampın ölkə prezidentindən boşanmaq istədiyi barədə xəbərlər tirajlanır. Birinci ledinin sözçüsü Stefan Qrişam Ağ Evin sabiq məsləhətçisinin iddiasını təkzib edib.