XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 17:38

Prezident İlham Əliyev Qusarda yol tikintisinə pul ayırdı –Sərəncam

Prezident İlham Əliyev bu gün “Qusar rayonunun Köhnə Xudat-Həzrə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, iyirmi iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Köhnə Xudat-Həzrə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.