Dövlət Görük Komitəsinin sədri, general-leytenant Səfər Mehdiyev kadr dəyişikliyi edib.
Strateq.az Unikal.org-a istinadən xəbər verir ki, DGK sədri Aksiz Baş Gömrük İdarəsinin rəisi, general-mayor Ehtiram Xəlilovu vəzifəsindən azad edərək, “Azərterminalkompleks” birliyinə baş direktor təyin edib.
Səfər Mehdiyevin digər əmir ilə isə Aksiz Baş Gömrük İdarəsi ilə Avtonəqliyyat Baş Gömrük İdarəsi birləşdirilib. Yeni yaradılan quruma Həsən Eyyubov rəis təyin edilib.
Qeyd edək ki, Həsən Eyyubov Bakı Baş Gömrük İdarəsinin rəis müavini olub.