XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 14:38

Türk ordusundan bir ilk: Baş qərargah rəisi Əl-Riyada getdi

davutoglu-akarSəudiyyə Ərəbistanı kralı tərəfindən qəbul olunan Türkiyə nümayəndə heyətin tərkibində Türk ordusunun ən yüksən səlahiyyətlisi – Baş qərargah rəisi general Hulusi Akar da yer alıb.

Strateq.az xəbər verir ki, bu, Türkiyə tarixində ordunun ən ali rəhbərinin Səudiyyə krallığına etdiyi ilk səfər sayılır. Ümumiyyətlə, dünyəvi dəyərlərə xüsusi əhəmiyyət verən türk ordusu teokratik dövlətçilik dəyərlərinə sahib Səudiyyə Ərəbistanına duyduğu antitapiya ilə ad çıxarıb. Bu zamana qədər dini təmayüllü siyasi iqtidarların bu cür səfərlərinə belə səbrsiz yanaşan ordunun indi Riyada gedən nümayəndə heyətində ən yüksək səviyyədə yer alması xeyli maraqla qarşılanıb.

Nümayəndə heyətinin rəhbəri, Türkiyənin Baş naziri öz ölkəsində birmənalı qarşılanmayan hadisəni şəhr edərək deyib:

“Bunun təbii qəbul edilməsi lazımdır. Baxmayaraq ki, belə şəfərlərəBaş qərargah sədri, adətən, qatılmır. Amma Prezidentimizin son ziyarətində Səudiyyə Ərəbistanı ilə yüksək səviyyəli strateji əməkdaşlıq şurası mexanizmi qurulmasına qərar verilib. İki ölkə arasında daha yaxın müdafiə sənayesi əməkdaşlığı üçün zəmin yaranıb. O səbəbdən də Baş qərargah sədrinin nümayəndə heyətimizin tərkibində olmasını istədim”.

Davudoğluna görə, heyətin tərkibi barədə qərara daha əvvəl-noyabr ayında gəliblər:

“Bundan sonra da Baş qərargah rəisi bu cür yığıncaqlara qatılacaq”.

Qeyd edək ki, son zamanlar Yaxın Şərqdə baş verən hadisələr Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı soyuq münasibətləri ortadan qaldırıb.

Bir müddət əvvəl hər iki ölkənin polis və əsgəri birlikləri birgə hərbi təlimlər keçirmişdilər. Davudoğlu bu səfərin də strateji əməkdaşlığı daha da artırmaq niyyətindən doğduğunu və qurumlar arasında inteqrasiyanı gücləndirmək məqsədi daşıdığını  bildirib.