XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 15:01

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib

ilham interAzərbaycan Respubikasının Prezidenti İlham Əliyev fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Abu Dabinin Prezident hava limanında dövlətimizin başçısını Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşıladılar.

Sonra Abu Dabinin Prezident hava limanında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu.

Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verdi.