XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 22:53

Türkiyədən bir ton qızıl alan azərbaycanlı kimdir? –Qiymətli metalı ölkəyə gətirənin kimliyi açıqlanmır

Bu ilin ikinci rübündə Azərbaycan Türkiyədən 995,45 kiloqram qızıl alıb. Digər yarım işlənmiş formalarda (çubuqlar, tellər və profillər, plitələr, təbəqələr və 0,15 mm-dən çox qalınlığı olan zolaqlar) təxminən bir ton qızılı kimin aldığı bilinmir.

İxrac həcmu 60 mln 713 min dollar olub. 2017-ci ilin birinci yarısında bu ölkəyə 1247,48 kq (50,9 milyon dollar) və sikkə üçün istifadə edilən 355,35 kq qızıl (13,9 milyon dollar) ixrac edilib.

Bu il Azərbaycanın qızıl ixracından əldə etdiyi gəlirlər 2017-ci ilin birinci yarısına nisbətən 6,5% azalıb.

Azərbaycanda qızıl istehsalçısı və ixracatçsı “Anglo-Asian Mining Company” (Böyük Britaniya) və dövlət “AzərGold” QSC-dir. 2017-ci ildə Azərbaycanın qızıl ixracından əldə etdiyi gəlirlər (3360.59 kq) 139.3 milyon dollar olub. (Amerikanın səsi)