XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

22 Avqust 2018 - 00:07

Trampın Əfqanıstan strategiyası niyə iflasa uğradı? –Ötən bir ildə ancaq terrorçuların uğurlarından danışmaq olar

ABŞ prezidenti Donald Trampın Əfqanıstanla bağlı yeni strategiyasını açıqlamasından bir il keçir. ABŞ-ın 17 ilə yaxınıdır Əfqanıstanı işğalından bəri bu son bir ildə ölkədə zorakılıqlar ən yüksək həddə çatıb. Lakin zorakı hücumların artmasına baxmayaraq, sülh prosesində irəliləyişlər də müşahidə olunub.

Prezident Donald Trampın ABŞ-ın Əfqanıstandakı strategiyasında dramatik dəyişikliklər edəcəyini bəyan etməsindən bir il keçsə də, elə bir dəyişiklik müşahidə olunmayıb.

Taliban bu ay Qəzni şəhərində həyata keçirdiyi kimi, hətta öz nəzarətindəki ərazilər də daxil olmaqla, böyük şəhərlərdə genişmiqyaslı hücumlarını davam edir. Hava hücumları üsyançıları tez bir zamanda geri oturtsa da, nəticə tanışdır: dağıntılar, ölüm, yanan evlər.

ABŞ rəsmiləri zorakılıqlara baxmayaraq irəliləyişlərin əldə edildiyinə nail olunduğunda təkid edir. ABŞ-ın müdafiə naziri Cim Mattis: “Düşmən Qəznidə altı mövqeyə nəzarət edirdi, lakin heç birini əlində saxlaya bilmədi. Əksinə, onlar mətbuatın diqqətini cəlb etməyə nail oldular”.

Lakin ABŞ ordusunun da göztəriciləri ümidverici deyil. 2017-ci ilim may ayında Əfqanıstan ərazisinin 16 faizi Talibanın nəzarətində idisə, bir il sonra bu rəqəm 19 faizə qalxdı.

ABŞ rəsmiləri deyirlər ki, müharibədə nailiyyət əraziyə nəzarəti ilə deyil, əhalinin ürəkləri və ağıllarına hakim olmaqla ölçülür. Lakin bu fikir də yalnış ola bilər.

Bir il əvvəl üsyançılar Əfqanıstan əhalisinin 9 faizinə nəzarət edirdilərsə, bu gün 12 faizinə nəzarət edirlər. Və onların dörddə bir hissəsi mübahisəli ərazidə yaşayır. Bütün bunlar bombardman kampaniyası şəraitində həyata keçir.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilin birinci yarısında Əfqanıstanı əvvəlki illərlə müqayisədə daha çox bombalayıb.

Baş verən zorakılıqlar sülhə doğru proqresi müəyyən mənada kölgədə qoyur. Belə ki, ABŞ və Taliban son günlərdə yeddi ildə ilk dəfə olaraq birbaşa danışıqlar aparıblar. RAND Korporasiyasından Rebeka Zimmerman: “Son zamanlar atəşkəs və sülh danışıqlarında böyük irəliləyişlər müşahidə olunur. Lakin Ağ Evin həyata keçirdiyi Cənubi Asiya strategiyası ilə baş verənlər arasında əlaqə görmək çətindir. Fikrimcə gözləntilər və reallıq arasında boşluq var. Biz strategiyanın uğurlu olması haqda danışanda bir il ərzində qələbənin baş verməsini istədiyimizi nəzərdə tuturuq”.

Əsas sual isə budur: Prezidentin səbri tükəndikdə nə olacaq?

Milyarder biznesmen Erik Prins: “Əfqanıstan üçün daha yaxşı həll yolu” adlı video yaymaqla prezident Trampı müharibəni kontrakt əsasında özəlləşdirməyə inandırmağa çalışır”.

ABŞ rəsmiləri NBC-nin bu haqda yaydığı xəbəri təsdiq etməsələr də, prezidentin bütün ideyalara açıq olduğunu deyiblər.

(Amerikanın səsi)