XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

23 Avqust 2018 - 10:26

“Türkiyə dünya arenasında öz iqtisadi maraqlarını müdafiə edəcək” –Ərdoğanın sözçüsü

Türkiyə ABŞ-ın tətbiq etdiyi qanunsuz sanksiyalara qarşı cavab tədbirləri görəcək.

Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib.

O bildirib ki, Türkiyənin bir sıra ölkələr tərəfindən dəstəklənməsi Ankaranın tək olmadığını bir daha sübut edir:  “Türkiyə dünya arenasında öz iqtisadi maraqlarını müdafiə edəcək”.

İ.Kalının sözlərinə görə, Türkiyə güclü dövlətdir və iqtisadi sanksiyalar və milli valyutanın pozulmasına qarşı digər cəhdlər uğursuzluğa düçar oldu.

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib/Trend.